Printerdən ayaqqabı, metroda şalvarsız aksiya və yapon hamamı – bunları nə birləşdirir? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Printerdən ayaqqabı, metroda şalvarsız aksiya və yapon hamamı – bunları nə birləşdirir? - FOTOLAR

Publika.az dünyanın qəribə və maraqlı hadisələrini təqdim edir.

Ən maraqlı hadisələrdən biri suyun altında nəfəs almadan qalmaq rekordudur. Stiq Severinsen dünyada suyun altında ən çox dayanan adamdır. Ginnesin Rekordlar Kitabına düşən Severinsen Las-Veqasda suyun altında 22 dəqiqə qalmaqla dünya rekordunu təzələyib.

Alpinist Kevin Corcson El-Kapitan dağının zirvəsinə (2307 m hündürlüyə) dırmaşıb. Şimali Amerikada ən hündür zirvələrdən olan El-Kapitan Kaliforniyanın Yosemiti parkında yerləşir. İlk dəfə bura 1958-ci ildə alpinistlər qalxa biliblər.

Nyu-York sakinləri "No Pants Subway Ride" – "Metroda şalvarsız" aksiyası keçiriblər. Hər şey 2002-ci ildə səfeh bir zarafatdan başlayıb və hər il davam etdirilir.

Yeni ildə dünyanın hər yerində sağlıq deyilir və badələr qaldırılır. Amma yüzlərlə yapon həmin günü buzlu suya girərək çimirlər.

Hindistanın Kəlkətə şəhərində müxtəlif modellərdən olan 186 avtomobilin iştirakıyla şou keçirilib.

Mayamidə "body-art" altı saatlıq müsabiqə keçirilib. Burada bədən üzərində müxtəlif naxış və rəsmlər nümayiş olunub.

Yaponiyada yeniyetmələr üçün yeni attraksion açılıb. Burada yaşı 20-dən aşağı olanlar iştirak edə bilərlər. Attraksionda hər cür əylənmək, yeniyetmələrin stress atmaları və adrenalin yaşamaları üçün hər imkan var.

Maraqlı və diqqət cəlb edən əşyalardan biri də 3D ayaqqabılardır. Bu ayaqqabılar 3D printer vasitəsilə hazırlanıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm