Bilgi.az
“Buket qatili”: 46 dəfə toy buketini tutub, hələ də subaydır – FOTOLAR
Toyda gül çələngini atmaq artıq ənənə halını alıb. Adətən, gül buketini ərə getmək istəyən gənc qızlar tutur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yuta ştatının sakini 37 yaşlı Cemi Cekson isə bu vaxta kimi nə az nə çox, düz 46 dəfə gül buketini tutsa da, hələ də subaydır. "Buket qatili" adı verilmiş qadın 1996-cı ildən bəri gül çələnglərini tutub. Hələ də, subay həyat tərzi sürən qadın gül buketini tutmağı idmanla müqayisə edir və ərdə olmadığına görə narahatlıq keçirmir.
Hər şey 1996-cı ildə Ceminin əmisi qızının toyundan başlayıb. O deyib: "Mən təbiətən rəqabət aparan insanam. Ona görə də təzə gəlin gülü atanda onu tutmağı özümə borc bildim. Bəzi subay qızlar gülü tutmaqdan utanır, lakin mən utanmadım. Toydan sonra belə qərara gəldim ki, gül buketini hər zaman tuta bilərəm".
Cemi "People" jurnalına verdiyi müsahibəsində deyib: "Gül buketini tutduqdan sonra ərə getməklə bağlı əfsanələri çox eşitmişəm. Düzdür, sevgilim olub, lakin mən subaylığı sevirəm. Bundan əlavə, ərə getsəm, gül buketini tutmaq kimi idmanı atmalıyam. Mən isə bunu istəmirəm".
Cemi öz nailiyyətindən o qədər məmnundur ki, bu vaxtadək tutduğu gülləri qurudaraq, hamıya göstərmək üçün insanların görə biləcəyi şkafa qoyub. O deyib: "Bu, sanki ehtirasdır, özümlə bacarmıram. Hansı toya dəvət olunuramsa, buketi mütləq tutmalıyam. Onu deyim ki, gülü tutmazdan əvvəl, mən strategiya qururam".
Cemi gülü tutmağa çalışan qızlara bu məsləhəti verib: "Vəziyyəti düzgün qiymətləndirmək lazımdır. Buketi tutmaq üçün ön cərgələrdə dayanmalısan. Çünki adətən, gəlin buketi arxaya düz istiqamətdə atanda buket tavana və ya çılçırağa dəyir. Və onda gül ön sıralara düşür".
Nura
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO