Bilgi.az
Putin əfsanəvi italyan aktrisasını həbs etdirdi
İtaliyalı aktrisa Ornella Muti yeddi ay həbs cəzası alıb. O, eyni zamanda 600 avro cərimə olunacaq. Buna səbəb onun Pordenon şəhərindəki Verdi teatrında oynamalı olduğu tamaşada iştirak etməməsidir.
Publika.az xəbər verir ki, tamaşadakı rolunu ifa etmək əvəzinə aktrisa Sankt Peterburqda həmin vaxt Rusiyada baş nazir postunu tutan Putin və amerikalı aktyor Kevin Kostnerlə şam edibmiş.
Söhbət 2010-cu ildən gedir. Mutinin şam yeməyində iştirakını sübut
edən videoyazı da var. Amma teatra getməməsini aktrisa xəstəliyi
ilə bağlayıb. Səhnə əsərində ifa etməli olduğu rola görə 25 min
avro qonorar alan Muti iş yerinə həmin tarix üçün tibbi arayış da
təqdim edib. Arayışda onun larinqo-faringitdən əziyyət çəkdiyi
göstərilibmiş.
Teatr administrasiyası aktrisanı saxta arayış təqdim etməkdə
suşlayaraq, onu məhkəməyə verib. Amma aktrisa 30 min avro ödəməklə
azadlıqda qala da bilərdi.
Bununla belə, məhkəmə onun barəsində çox sərt qərar çıxarıb.
Qeyd edək ki, Muti həmkarları Jerar Depardye, Mikki Rurk, Qoldi Houn, Vensan Kassel, Monika Beluççi, Şeron Stoun və başqa məşhurlarla birgə 2010-cu ildə Rusiyada onkoloji və oftalmoloji uşaq xəstəlikləri ilə mübarizəyə həsr olunan tədbirlərdə iştirak edib. Sonra isə ölkə rəhbəri onlara ziyafət verib.
Nura
-
Qarabağ 09:24
Oskanyan İrəvana qayıtdı: Avropadan Qarabağla bağlı nə gətirib?
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA