Qarabağ
Oskanyan İrəvana qayıtdı: Avropadan Qarabağla bağlı nə gətirib?
Ermənistanda separatçılar tərəfindən yaradılan qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin rəhbəri, keçmiş xarici işlər nazri Vardan Oskanyan bir neçə ay davam edən Avropa və ABŞ səfərindən sonra İrəvana qayıdıb.
Publika.az xəbər verir ki, Oskanyan Avropada siyasi dairələrlə qondarma “artsax” məsələsini müzakirə edir, erməni separatizminə beynəlxalq dəstəyin əldə edilməsinə çalışırdı. Məlumata görə o, hətta Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarla da görüşüb.
Ermənistanda separatçılar Oskanyanın yolunu səbrsizliklə gözləyirdilər. Lakin bir həftədir İrəvana qayıdan Oskanyan separatçılarla görüşməyib.
“Hraparak” nəşri yazır ki, Oskanyan Avropada məlum görüşlərinə davam etmək üçün mayın 5-də yenidən Ermənistanı tərk edəcək. Onun İrəvanda qondarma “parlamentə” hesabat verməsi gözlənilsə də, hələ də heç bir təmas yoxdur.
“Əldə etdiyimiz məlumata görə, görüşün olmamasının səbəbi texniki problemlərdir. Plana görə, Oskanyanın qayıdışından sonra İrəvanda (qondarma) “hökumət və parlament üzvləri”, eləcə də “icma rəhbərləri”nin iştirakı ilə geniş tərkibdə iclas keçiriləcək, dinləmələr orada aparılacaq. Lakin bunun üçün texniki problemlər var. Məlumata görə, hazırda belə bir iclasın keçirilməsi üzərində iş aparılır. Orada Oskanyanın Avropada Qarabağla bağlı nələr müzakirə etdiyi, nə ilə geri döndüyü öyrəniləcək”, - nəşr yazır.
Asif
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















