Bilgi.az
Ayda baş verən partlayış dünya alimlərini təşvişə saldı - FOTO, VİDEO
Astronomiya elminin tarixində bir "ilk" olub. Ayın müşahidə olunduğu ilk gündən bəri Yerin təbii peykində ən böyük partlayış qeydə alınıb.
İspaniyanın Huelva Universitetinin professoru və Britaniya Kral Astronomiya Cəmiyyətinin üzvü Xose Mariya Madiedo Aya asteroid düşdüyünü qeydə alıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, eni 0,6 metr, uzunu
1,4 metr olan həmin asteroid 60 min km/saat sürətlə hərəkət edərək
Aya dəyib. Bu toqquşma nəticəsində partlayış olub. 15 ton trotil
ekvivalenti gücündəki partlayış nəticəsində Ayda eni 40 metr olan
krater yaranıb.
Ay səthində Buludlar Dənizində baş vermiş partlayış ötən ilin
sentyabrın 11-də baş versə də, olayın araşdırılması,
dəqiqləşdirilməsi və bir sıra detalların hesablanması dünən başa
çatıb.
Xose Mariya Madiedonun dediyinə görə, baş vermiş partlayış və yaranan krater ilk baxışdan kiçik təsir bağışlasa da, belə deyil.
"Hər şey ilk baxışda yaranan təəssüratdan daha ciddidir. Ay
səthində indiyədək çox partlayışlar, asteroid və meteorit
toqquşmaları olub. Lakin bu asteroid faktiki olaraq Ayı məhv edə
bilərdi. Səbəb isə asteroidin Ay səthinin ən çox gərildiyi və
həssas məkanlardan birinə düşməsidir. Kosmosda indiyədək çox səma
cismi, planetlər və kvaziplanetlər belə toqquşmalar nəticəsində
parçalanaraq məhv olub", - Madiedo söyləyib.
Onun sözlərinə görə, müşahidə olunan və 8 saniyə davam edən
partlayış astronomik müşahidələr tarixində ən böyük Ay insidenti
olub.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO