Bilgi.az
60 il ərzində “Eurovision”da baş verən ən qalmaqallı hadisələr - FOTOLAR
Bu gün "Eurovision" mahnı müsabiqəsinin yaranmasından 60
il keçir.
Publika.az "Eurovision" mahnı müsabiqəsində baş
verən ən qalmaqallı anları təqdim edir.
Əvvəla bildirək ki, "Eurovision" ilk dəfə İsveçrənin Luqano
şəhərində 7 ölkənin iştirakı ilə keçirilib. Sonda isə mahnı
müsabiqəsinin əhatə dairəsi genişlənərək digər ölkələrə də yayılıb.
Bu il isə ilk dəfə olaraq qeyri-Avropa ölkəsi olan Avstraliya da
müsabiqədə iştirak edir və onun iştirakı artıq ziddiyyətli
fikirlərə səbəb olub.
Bildiyiniz kimi bu gün Bakı vaxtı ilə axşam saat 24:00-da
"Eurovision" beynəlxalq mahnı müsabiqəsi baş tutacaq.
İllər üzrə qalmaqallı anlar aşağıdakılardır:
Danimarka öpüşü -1957
50-ci illərdə "Eurovosion" səhnəsində hər iki cinsin
nümayəndəsinin eyni anda çıxış etməsinə icazə verildi. Lakin
1957-ci ildə tamaşaçılar səhnədə gördüklərindən şoka düşdülər.
Çünki Danimarkanı təmsil edən Birte Uilke və Qustav Vinkler səhnədə
tamaşaçıların gözü önündə öpüşdü. Onlar "Skibet skal selje i nat"
("Gəmi gecə üzəcək") mahnısını sonda11 saniyəlik öpüşlə başa
çatdırıblar. Danimarkalı təmsilçilər yalnız tamaşaçıların alqışı
altında öpüşməyi dayandırıb.
Kliff Riçarda verilən səslərin saxtalaşdırılması-
1968-ci il
Böyük Britaniyanı təmsil edən Kliff Riçardı qələbədən cəmisi 1
bal uzaqlaşdırıb. Belə ki, o, ispaniyalı rəqibi Massielə 1 səslə
uduzaraq ikinci yerə sahib olub. Onun belə məğlubiyyəti indiyədək,
britaniyalılara sakitlik vermir. Riçardın məğlubiyyətindən sonra
belə şayiələr yayılmağa başladı: "İspaniyanın o zaman kı, diktator
və dövlət xadimi Fransisko Franko, müsabiqədə iştirak edən ölkələrə
öz casusunu göndərməklə onlara rüşvət təqdim edib. Daha dəqiq
desək, Franko çox səs qazanmaq üçün iştirakçı ölkələrdən səs
verəcək insanların hər birinə televizor vəd edib. Əvəzində isə
onlar İspaniyaya səs verməli idi.
Dana International – 1998-ci il
2008-ci ildə mahnı müsabiqəsini İsraildən Dana International
(əsil adı Yaron Koen) təmsil etdi. Dana indiyənədək "Eurovision"
mahnı müsabiqəsinin ən parlaq nümayəndələrindən biri hesab olunur.
Çünki kişi doğulan transseksual Dananın birincilik əldə etməsi bir
növ bütün gey və lezbianların zəfəri idi. O deyib: "Qalib gəlmək
mən və ölkəm üçün əhəmiyyət daşıyır. Bu qalibiyyət həmçinin
Avropada yaşayan gey və transeksualların qələbəsidir. Mən Avropada
gey simvoluna çevrildim".
"TATU"ya qarşı soyuq münasibət – 2003-cü
il
Hansısa mahnı nə qədər pis olsa belə, bütün iştirakçılar
tamaşaçılar tərəfindən isti münasibət görür və alqışlanır. Amma
2008-ci ildə Rusiyanı təmsil edən "TATU" qrupu başqa iştirakçıları
təhqir etdiyi üçün tamaşaçılar tərəfindən pis qarşılanıb. Bu azmış
kimi qrupun iştirakçıları Almaniyanı təmsil edən nümayəndəyə
"ifritə" deyib. Ona görə də, qrupun qızları "Eurovision" üçün
keçirilən məşq prosesləri zamanı zaldan "tfu!" sözlərini eşidib və
məsxərəyə qoyulub.
Hamilə iştirakçı – 2005-ci il
2005-ci ildə Böyük Britaniyanı 5 uşaq anası Keti Prays təmsil
etdi. Maraqlısı odu ki, Keti müsabiqəyə hamilə vəziyyətdə və bu
azmış kimi dar çəhrayı geyimdə qoşuldu. Bununla belə, Keti layiqli
yer qazana bilmədi və mahnı müsabiqəsinə qoşulduğu üçün indiyədək
peşmançılıq çəkir.
Verka Serduçka dəliliyi – 2007-ci il
Avstriya təmsilçisi Konçita Vurstdan əvvəl, "Eurovision" heç də
ondan geri qalmayan artisti qarşıladı. Bu, 2007-ci il Ukrayna
təmsilçisi Verka Serduçka idi. Əslən kişi artistin qadın kimi
geyinməsi, "Dancing Lasha Tumbai" mahnısı və ritmsiz mahnı sözləri
onu müsabiqənin ən sevimlilərindən biri etdi. Bundan əlavə, Verka
Serduçkanın mahnının sözlərində "Russia goodbye" deməsi onu rus
pərəstişkarları arasında gözdən saldı, avropalılar arasında məşhur
etdi.
"Dastin" adlı hinduşka – 2008-ci il
2008-ci ildə İrlandiyanı Dastin adlı oyuncaq hinduşka təmsil edirdi. Marionet kukla ölkəsini 15-ci yerə saldı.
Gürcüstanın sürgün edilməsi – 2009-cu il
"Eurovision" mahnı müsabiqəsi siyasi məsələlərdən də kənarda
qalmır. 2009-cu ildə Gürcüstan təmsilçisi "We Don’t Wanna Put In"
mahnısı ilə çıxış etməli idi. Lakin mahnının sonundakı "Put In"
Rusiya prezidenti Putinin adı ilə oxşar olduğundan ziddiyyət
yaratdı. Gürcü təmsilçilərə ya mahnının sözlərini, ya da tamamilə
mahnını dəyişmək göstərişi verildi. Lakin bunlardan heç biri həyata
keçirilmədiyi üçün Gürcüstan müsabiqədən uzaqlaşdırıldı. Qeyd edək
ki, 2009-cu ildə müsabiqə Rusiyanın paytaxtı Moskvada keçirilirdi
və o zaman Gürcüstan-Rusiya arasında baş verən müharibədən 1 il
keçmişdi.
Finlandiyanın lezbiyan öpüşü – 2013-cü
il
2013-ci ildə Finlandiyanı təmsil edən Krista Sieqfrids "Marry Me" ("Mənimlə evlən") mahnısının ifası zamanı səhnədəcə həmcins sevgilisini öpdü. O, bununla da ölkəsinin geylərin evlənməyinə qoyduğu qadağaya etirazını bildirirdi.
Konçita Vurstun saqqallı zəfəri – 2014-cü
il
Avstriya mahnı müsabiqəsinə saqqalı şahzadə göndərmək istədiyini
bildirdikdə, Avropa ölkələri öz təəccübünü gizlədə bilmədi. Bəzi
iştirakçı ölkələr "Eurovision" mahnı müsabiqəsini öz ölkəsində
yayımlamayacağı ilə hədələdi. Bütün bunlara baxmayaraq, Konçita
birincilik qazanaraq Avropa İttifaqında azadlıq və tolerantlıq
nümunəsi oldu.
Nura
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO