Bilgi.az
“Titanik” qayıdır - FOTOLAR
Çinə səyahət edən turistlər tezliklə "Titanik" gəmisində keçən həyatı yaşaya biləcəklər. Belə ki, Çin enerji şirkətlərindən biri faciəli tarixçəsi olan gəminin oxşarını hazırlamaq qərarına gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çində hazırlanacaq gəmi turistləri cəlb etmək məqsədi güdür. Çünki, gəmi eynilə 1912-ci ildəki mebel və dekorasiyalarla bəzədiləcək. Bundan əlavə, turistlər yüksək texniki işıq və səs effektlərinin köməkliyi ilə gəminin aysberqə çırpılma anını da yaşaya biləcək.
"Qixing" enerji investisiya qrupu 1 milyard yuan 162 milyon dollara başa gələcək gəminin inşa layihəsini hələ 2014-cü ilin yanvarında açıqlayıb. Şirkətdən verilən məlumata görə, ilk mərhələ biletlərin sayı 5 min olacaq və iyunun 15-dən etibarən biletlər satışa çıxarılacaq.
"Titanik" gəmisinin oxşarı ictimaiyyətə 2017-ci ilin oktyabrında təqdim ediləcək.
1912-ci ildə inşa edilən gəminin orijinalı 8 milyon dollara başa gəlib. Bu məbləğ bu gün ki, vaxtla 169 milyon dollar edir.
Gəmidə bir gecənin qiyməti 3 min yuan (484 dollar) təşkil edir. Ən bahalı gəmi nömrəsi isə 100 min yuandır (17 min dollar).
Gəmidə turistləri 1912-ci ilə aparmaq üçün rəqs meydançası, hovuz və digər əyləncələr olacaq. Hətta, menyu belə 1912-ci ildə qəzaya uğramış "Titanik" gəmisindəki kimi olacaq. Şirkətin baş meneceri deyib: "Bu gəmi insanları sanki keçmişə aparacaq və şirkətimiz turistlərə unudulmaz gün bəxş edəcək".
"Titanik"in eynilə oxşarını hazırlamaq və uyğun detalları seçmək üçün 20 mindən çox fotodan istifadə olunub. Bunun üçün şirkət rəhbərliyi 1996-ci ildə çəkilmiş "Titanik" filminin rejissoru Ceyms Kameronla da əməkdaşlıq edir. Oskar mükafatına layiq görülən filmdə gəminin kapitanı rolunu canlandıran aktyor Bernard Hill də layihənin təqdimat gecəsində iştirak edib. O, konfransa 1912-ci il gəmi kapitanlarının geyimində təşrif buyurub.
Gəminin uzunluğu 269, dərinliyi isə 29 metr olacaq ki, bu da orijinal gəminin ölçülərinə uyğundur. "Titanik" in oxşarının hazırlanması üçün 50 min ton polad istifadə olunacaq. Gəminin oxşarı gün ərzində 1500 qonaq qəbul edə biləcək. Toplanmış vəsait dünyada baş verən gəmi qəzalarının aradan qaldırılması ilə məşğul olan "Titanik" fonduna göndəriləcək.
Nura
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu