İngiltərədə qalmaqal: Xan və müsəlmanlar əleyhinə qruplar yaradılıb
Bizi izləyin

Dünya

İngiltərədə qalmaqal: Xan və müsəlmanlar əleyhinə qruplar yaradılıb

İngiltərədə Mühafizəkarlar Partiyası rəsmiləri və üzvləri tərəfindən idarə olunan "Facebook" qruplarında Londonun Leyboristlər Partiyasının Müsəlman Bələdiyyə sədri Sadıq Xana və müsəlmanlara qarşı irqçi ifadələrin işlədildiyi üzə çıxıb.

Publika.az xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinin xəbərinə görə, "Greenpeace" ətraf mühit təşkilatının araşdırma bölməsi “Unearthed” Xanın siyasətini tənqid edən 36 qapalı "Facebook" qrupunu araşdırıb.

Aşkar edilmiş şəxslərdən birinin Mühafizəkarlar Partiyasının bələdiyyə məclis üzvü, birinin partiyanın rəqəmsal kampaniyalarına cavabdeh olan menecer, digərinin isə partiya üzvü olduğu müəyyən edilib.

Bu "Facebook" qruplarında Xanın Londonda (ULEZ) yolda yüksək tullantı buraxan avtomobillər üçün gündəlik rüsumların alınması layihəsi ən çox tənqid olunan siyasət kimi diqqəti çəkir. Paylaşımlarda Xan haqqında “O, terroru sevəndir”, “Londonu islamçılara satıb” kimi ittihamlar səsləndirilir.

“The Guardian”a danışan Xan partiyasının qruplarla bağlı polisə şikayət etdiyini qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm