Kriminal
Cəlilabadda insanları təşvişdə saxlayan şəxslərlə bağlı XÜSUSİ ƏMƏLİYYAT keçirilir
Son günlər Cəlilabad rayonunun kəndlərində baş verən və insanları təşviş içində saxlayan müəmmalı hadisələrlə bağlı xüsusi əməliyyat həyata keçirilir.
Publika.az-ın əldə etdiyi mlumata görə, rayonun Alar və Günəşli kəndində ardıcıl olaraq evlərin naməlum şəxs və ya şəxslər tərəfindən talanması, bəzi hallarda insanların əmlaklarının gecə saatlrında dağıdılması ilə bağlı daxil olan çoxsaylı müraciətlər əsasında polis və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılıb. Hazırda insanları qorxu içində saxlayan şəxslərin yaxalanması istiqamətində iş aparılır.
Qeyd edək ki, yerli sakinlər evlərə girən şəxs və ya şəxslərin bütün əşyaları darmadağın etdiyini, istədiklərini isə oğurladıqlarını bildirirlər. Artıq Cəlilabadın kəndlərində 10-a yaxın oxşar hadisə təkrarlanıb.
Bəzi hallarda isə naməlum şəxslərin həyətlərə daxil olaraq xırda alət və təsərrüfat avadanlıqlarına ziyan vurduğu bildirilir.
Nizam Rza
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər