Rusiya DİN Danilovu, Klimkini və eks-spikeri AXTARIŞA VERDİ
Bizi izləyin

MDB

Rusiya DİN Danilovu, Klimkini və eks-spikeri AXTARIŞA VERDİ

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş sədri Vladimir Qroysmanı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş rəhbəri, Ukraynanın Moldovadakı hazırkı səfiri Aleksey Danilovni axtarışa verib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasında dərc olunan məlumatda deyilir.

Məlumat bazasına əsasən, 25 dekabr 1967-ci il təvəllüdlü Pavel Anatolyeviç Klimkin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır. Qroysman və Danilov da axtarışdadırlar, lakin onların konkret hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.

Pavel Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb.

Vladimir Qroysman 2014-2016-cı illərdə Ali Radanın spikeri, Aleksey Danilov isə 2019-2024-cü illərdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına rəhbərlik edib.

Aprel ayında Rusiya İstintaq Komitəsi Klimkin və Qroysmana qarşı Donbassda mərmi atma və digər cinayətlərlə bağlı ittiham irəli sürüb.

Bu yaxınlarda Daxili İşlər Nazirliyi bir sıra yüksək rütbəli Ukrayna siyasətçilərini, o cümlədən prezident Volodimir Zelenskini, onun sələfi Petro Poroşenkonu, həmçinin digər rəsmi şəxsləri və hərbçiləri axtarışa verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm