Kriminal
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA
İsmayıllı rayonunda tələbəyə qarşı cinayət törədilib.
Publika.az xəbər verir ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi 2001-ci il təvəllüdlü Mirzəliyev Ramil Amil oğlu şəhərin mərkəzindəki parkda 2 nəfərin hücumuna məruz qalıb. Belə ki, 2 nəfər gənc onun üstünə bıçaq çəkərək, qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib.
Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər müəyyən edilərək tutulub. Belə ki, İsmayıllı şəhər sakini, İsmayıllı Peşə Tədris Mərkəzinin tələbəsi, 1996-cı il təvəllüdlü Kaxarmanov Eldəniz Orman oğlu ilə 1996-cı il təvəllüdlü Faxtiyev İmran Rəhim oğlu tutulub. Onlardan hadisə vaxtı istifadə etdikləri soyuq silah götürülüb.
Faktla bağı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!
-
İdman7 Dekabr 16:42Messi tarixi uğurdan danışdı

































.jpg)




