Azərbaycanda içində külli miqdarda pul olan maşını yandırdılar
Bizi izləyin

Kriminal

Azərbaycanda içində külli miqdarda pul olan maşını yandırdılar

Polis əməkdaşları əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxsi yaxalayıb.

Publika.az xəbər verir ki, oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla əlaqədar polis əməkdaşları tərəfindən keрçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm