Kriminal
Azərbaycanda şirkət əməkdaşından ŞOK FIRILDAQ – 52 MİN MANATI ƏLƏ KEÇİRDİ
Daxili İşlər Nazirliyi (DİN) “Koroğlu” MMC-nin işçisinin şirkətin 52 min manat pulunu mənimsəməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda bildirilib ki, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb. Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib. M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.
-
Kriminal23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin122:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE