Kriminal
Azərbaycanda toydan sonra QANLI DAVA: 1 nəfər güllələndi
Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsinin təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu güllələdiyi 1979-cu il təvəllüdlü Sərvər Quliyevin qardaşı ilə həmin gün bir məclisdə iştirak edib. Belə ki, qohum olan həmin şəxslər Şamaxı rayonuna Qorxmazın dayısı qızının toyuna gedib. Daha sonra onlar avtobusla bir yerdə Bakıya qayıdıblar. Yolda Sərvər Quliyevin ögey qardaşı Anar Hüseynovla Qorxmaz arasında mübahisə baş verib. Bu zaman Qorxmaz Anarı vurub. Avtobus şəhərə çatan kimi həmin şəxslər metronun “20 Yanvar” stansiyası yaxınlığında düşürdülüb. Anar tez Şüvəlana gələrək yolda baş verənlər barədə Sərvərə danışıb. İki qardaş Qorxmazın gəlməsini gözləyiblər və onu yaxalayaraq qisas almaq istəyiblər. Bu zaman Q.Əliyev maşınında olan tapança ilə atəş açıb. Güllə Sərvərin boyun nahiyəsinə tuş gəlib. O, ağır vəziyyətdə xəstəxanaya çatıdırılıb.
Polis tərəfindən saxlanılan Q.Əliyev barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, insident zamanı Q.Əliyevlə A.Hüseynov da xəsarətlər alıb.
Araşdırmalar davam etdirilir.
Nizam
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...