Məktəb direktoru şagirdin intiharından danışdı - "SONUNCU DƏFƏ..."
Bizi izləyin

Kriminal

Məktəb direktoru şagirdin intiharından danışdı - "SONUNCU DƏFƏ..."

Fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intihar etməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, rayonun Çinarlı kəndində kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənovun özünü qonşunun bağında ağacdan asaraq intihar etməsi ilə bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

İntihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev Publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub: “Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət olub. Hər bir ailədə belə xırda narahatlıqlar ola bilər. Uşaq da gedib özünə qsəd edib”.

Qeyd edək ki, intihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm