Bakıda parkda QULDURLUQ – Bıçaqla qarşısını kəsdilər
Bizi izləyin

Kriminal

Bakıda parkda QULDURLUQ – Bıçaqla qarşısını kəsdilər

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən Ağcabədi rayon sakini P.Rüstəmov aprelin 1-də saat 1 radələrində Salyan yolu küçəsində yerləşən parkda 2 nəfərin onu bıçaqla hədələyib döyərək pul verməsini tələb etdiklərini, pulu olmadığından çıxıb getdiklərini bildirb.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini E.Əlifli qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm