• USD 1,7000 0,00% EUR 1,8907 0,00%
    • GBP 2,1838 0,00% RUB 0,0265 0,00%

Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

  • Kriminal
  • 11 May 2019 16:38
  • 8 136 Baxış
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Masallı rayonunda qayınanasına təcavüz etməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Xəqani Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Xəqani Əhədov 6 aprel 2015-ci il tarixdə, saat 23 radələrində bibisi, eyni zamanda qayınanası olan Səmayə Səlimovanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib.

Arvadından ayrıldı, qayınanasını günahkar bildi

O, arvadı Ləmanın bir neçə ay əvvəl ondan ayrılmasına görə qayınanasını günahkar hesab edib və sonuncu ilə mübahisə edib.

Qayınanası Xəqani Əhədovun evindən getməyini istəyib. Xəqani Əhədov qayınanasından qisas alıb, onu zorlamaq qərarına gəlib.

O, bu niyyətini həyata keçirmək üçün qayınanasını aldadaraq bəylik kostyumunun evdə olduğunu və özü ilə aparmaq istədiyini bildirib. Səmayə Səlimova onun bəylik kostyumunu gətirmək üçün yataq otağına keçib.

Yataqda təcavüz

Bu zaman Xəqani Əhədov mətbəxdən bıçaq götürərək qayınanasının arxasınca yataq otağına keçib. Orada əlindəki bıçağı nümayiş etdirərək, onunla cinsi əlaqədə olacağını və onu yaxınları içərisində rüsvay edəcəyini bildirib, cinsi əlaqədə olmayacağı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Daha sonra Xəqani Əhədov qayınanasını yumruqla vurub və zorla əynindəki paltarı soyundurub. Onu yatağa yıxaraq zorla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Xəqani Əhədovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.

“Arvadımı məndən xəbərsiz boşatdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani Əhədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Səmayə onun bibisi, eyni zamanda qayınanası olub: “Əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin Səmayə qızını məndən boşatdırdıqdan sonra onunla münasibətlərimiz pisləşdi. Bibimin evinə həmişə gedib-gəlmişəm. Ona daim demişəm ki, ailə məsələmə qarışmasın. Lakin bibim arvadımı məndən xəbərsiz boşatdı. Hər dəfə arvadım ilə danışıb, onu evimə aparsam da, sonra bibim qızını evinə aparıb”.

“Bibimi hədələdim ki, ailəmi dağıtmasın”

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 6-da, gecə saatlarında bibisinin evində olub: “Ora getməkdə məqsədim bibimdən arvadımın telefon nömrəsini götürmək olub. Orada olarkən arvadımla bağlı bibim ilə aramızda mübahisə yarandı. Bibimi orada döydüm. Həmin vaxt əlimdə bıçaq olub və bıçaqla bibimi qorxutmuşam. Bıçağı bibimin evindən götürmüşəm. Mübahisə edərkən bibim bıçağı əli ilə tutmaq istədi, bıçaq onun əlini kəsdi. Bibimi hədələdim ki, ailəmi dağıtmasın”.

“Bibimi zorlamamışam”

Xəqani Əhədovun sözlərinə görə, həmin vaxt əsəbi olub və əsəblərini cilovlaya bilmədiyi üçün bibisini yumruqla vurub: “Bibim onu öldürəcəyimi güman etdiyim üçün pəncərədən özünü həyətə atdı. Bibim pəncərədən həyətə tulananda harasa dəydi, gözü göyərdi. Həmin vaxt orada bibimi zorlamamışam. Bibimi zorlamağıma dair deyilənlərin hamısı yalandır. Sonradan bibim yalandan bildirib ki, guya onu zorlamışam. Əslində isə belə bir hadisə olmayıb”.

Xəqani Əhədov qeyd edib ki, uzun müddətdir narkotiklərdən istifadə edir, narkomaniya xəstəsidir.

Cəza: 8 il

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Xəqani Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Xəqani Əhədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apelyasiya Məhkəməsində şikayəti araşdıran hakim heyəti qərar açıqlayıb. Qərara görə, şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Xəqani Əhədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda qərar elan edib.

Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

İlkin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR