Kriminal
Bakıda özünü öldürən 39 yaşlı subay oğlanın məktubu tapıldı - ÜRƏKDAĞLAYAN SÖZLƏR
Mayın 15-də Bakı şəhər Xəzər rayonu Şağan qəsəbəsi ərazisində özünü asaraq həyatına son qoyan Bayramzadə İsmayıl İbrahim oğlunun məktubu tapılıb.
Publika.az xəbər verir ki, Mərdəkan qəsəbəsi S.Dadaşaov küçəsi 6 ünvanındakı binada yaşayan Bayramzadə İsmayıl İbrahim oğlunun Şağan qəsəbəsində özünü asaraq intihar etməsindən sonra onun məktubu aşkarlanıb.
39 yaşlı İsmayılın meyiti Şağan qəsəbəsindəki su idarəsinin yaxınlığındakı ağaclıq sahədə tapılandan sonra onun yaşadığı evdə məktub qoyduğu üzə çıxıb. O, anasına yazdığı məktubda “Ana məni, bağışla, Sizə layiq övlad ola bilmədim”, sözlərini yazıb.
Bildirilir ki, intihar edən İ.Bayramzadə subay olub və anası ilə birgə yaşayırmış.
Onun meyitini yaxınlıqdan keçən şəxslər aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü