Ağcabədidə oğul atasını öldürmək istədi – KÜRƏYİNDƏN GÜLLƏLƏDİ
Bizi izləyin

Kriminal

Ağcabədidə oğul atasını öldürmək istədi – KÜRƏYİNDƏN GÜLLƏLƏDİ

Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Publika.az xəbər verir ki, M.Tağıyev xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidətindən verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm