• USD 1,7000 0,00% EUR 1,8943 +0,67%
    • GBP 2,0853 +0,31% RUB 0,0257 -0,78%

Azərbaycanda qayınananın kürəkəni tərəfindən zorlanması ilə bağlı İNANILMAZ FAKTLAR

  • Kriminal
  • 18 İyul 2019 11:39
  • 7 535 Baxış
Azərbaycanda qayınananın kürəkəni tərəfindən zorlanması ilə bağlı İNANILMAZ FAKTLAR

Bu günlərdə Quba rayonunun kəndlərindən birində baş vermiş zorlama hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl rayonun kəndlərindən birində yaşayan 1966-cı il təvəllüdlü Tahirə Qasımova (ad və soyadlar şərtidir) polisə müraciət edərək kürəkəninin onu zorladığını bildirməsindən və qadının qızının 34 yaşlı əri Elşad barəsində cinayət işinin açılaraq onun həbs edilməsindən sonra şikayətçi tərəf peşman olub.

Belə ki, zorlanan qadının həyat yoldaşı, kürəkəninin sərxoş olduğunu, hadisə vaxtı anlaqsız olduğunu bildirərək onun azadlığa buraxılmasını tələb edib. Kənd sakinlərinin bildirdiyinə görə, ailə hadisənin çox böyüməsindən və ictimailəşməsindən narahatdır. Buna görə də qayınanasını zorlayan kürəkənin sərbəst buraxılmasını və ailəsinə sahib çıxmasını istəyirlər.

Qeyd edək ki, hadisə günü 34 yaşlı Elşad qayınanasının yaşadığı evə gəlib və tək olmasından istifadə edərək ona qarşı zor tətbiq edib. Kürəkən qayınanası ilə zorla cinsi əlaqədə olandan sonra uzaqlaşıb.

Dərhal aparılan araşdırmalardan sonra fakt təsdiqini tapıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin zorlama (149-cu) maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs saxlanılıb. Quba rayon Məhkəməsi onun barəsində istintaq müddəti üçün həbs-qətimkan tədbiri seçib.

Araşdırmalar zamanı o da məlum olub ki, hadisəni törədən 34 yaşlı kişi daha əvvəl də bir neçə dəfə qayınanasını zorlamaq istəyib. Sonuncu dəfə isə o, kənd ərazisində pivə içib və spirtli içkinin verdiyi cəsarətlə, həmçinin qadının evdə tək olmasından istifadə edərək çirkin planını həyata keçirib.

Araşdırmalar davam etdirilir.

Muxtar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR