Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
Bizi izləyin

İdman

Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü ilin may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 545 xalla birinci pillədə qərarlaşıb.

Azərbaycanın cüdo millisinin lideri Hidayət Heydərov 445 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 435 xalla üçüncüdür.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq turnirlər öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm