3 qardaşın meyiti ailələrinə təhvil verildi
Bizi izləyin

Kriminal

3 qardaşın meyiti ailələrinə təhvil verildi

Türkiyənin Şanlıurfa şəhərində dəhşətli qətl törədilib.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhərin Bağlarbaşı məhəlləsində qan davası zəminində 2 qrup arasında silahlı insident olub. Hadisə zamanı 56 yaşlı Mehmet Güven, onun oğulları: 32 yaşlı oğlu İbrahimhalil, 35 yaşlı Murat və 38 yaşlı Ramazan güllələniblər. Onların 4-ü də xəstəxanaya aparılsa da, 3 qardaşın 3-ü də vəfat edib. Ağır vəziyyətdə olan 68 yaşlı kişinin müalicəsi isə davam etdirilir.

Artıq qətlə yetirilən 3 qardaşın cənazəsi aillərinə təhvil verilib.

Hadiasənin dəqiq kim tərəfindən törədildiyi bildirilməsə də, olayın qan davası zəminində törədildiyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm