Bir gündə 3 nəfər öldürüldü - AZƏRBAYCANDA
Bizi izləyin

Kriminal

Bir gündə 3 nəfər öldürüldü - AZƏRBAYCANDA

Daxili İşlər Nazirliyi son günlərdə törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb. Saatlı RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Bundan başqa iyulun 27-də İmişli rayonunun Sarıxanlı kəndində yaşayan N.Misirlinin evinə gəlmiş həmkəndlisi, kürəkəni Ş.Aslanlı münaqişə zəminində orada olan arvadı S.Misirliyə bıçaqla çoxsaylı xəsarət yetirib. S.Misirli xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ş.Aslanlı tutulub.

Digər qətl hadisəsi isə Yevlaxda törədilib. İyulun 27-də Yevlax şəhəri ərazisindən şəhər sakini C.Səfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini N.Vəliyev saxlanılıb.

Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm