Bakıda küçədə qadını döyüb qaçdılar
Bizi izləyin

Kriminal

Bakıda küçədə qadını döyüb qaçdılar

Bakıda xuliqanlıq hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm