Bakıda bir kişinin şantajından bezən qadınlar intihar etdi - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda bir kişinin şantajından bezən qadınlar intihar etdi - TƏFƏRRÜAT

Bakıda iki qadını özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Sadıq Hüseynova cinayət işi açılıb.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayon Prokurorluğu tərəfindən Sadiq Hüseynovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Şübhəli şəxs qismində həbs olunan Sadiq Hüseynov rayon ərazisində iki qadını şantaj etməkdə, şantajlarından bezən hər iki qadın özlərini asaraq öldüyü müəyyən olunub.

Sadiq Hüseynovun barəsində cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Vüqar Məmmədovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm