Bakıda axtarışda olan 20 nəfər tutuldu
Bizi izləyin

Kriminal

Bakıda axtarışda olan 20 nəfər tutuldu

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-də 32 cinayətin üstü açılıb.

Publika.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm