Mağazaya girib 20 telefon oğurladı - BAKININ MƏRKƏZİNDƏ
Bizi izləyin

Kriminal

Mağazaya girib 20 telefon oğurladı - BAKININ MƏRKƏZİNDƏ

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Tutulan şəxs ətrafında araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm