Rusiya bu şəxsləri Azərbaycana təhvil verdi - ADLAR
Bizi izləyin

Kriminal

Rusiya bu şəxsləri Azərbaycana təhvil verdi - ADLAR

Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin istəyi əsasında Azərbaycan ərazisində cinayət törətməkdə təqsirləndirilənləri cinayət təqibi üçün təhvil verib.

Rusiya Federasiyası Baş Prokurorluğundan Publika.az-a verilən məlumata görə, 3 nəfər xüsusi kanvoyun müşayiəti ilə Azərbaycan tərəfinə təhvil verilib.

Belə ki, Şirxan Abdullayev 2015-ci ilin mart ayında Gəncə şəhərində baş verən dava zamanı zərərçəkmişi bıçaqlamaqda, ona ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Elvin Cəfərov 2017-ci ilin martında Bakıda sifarişlə hərəkət etməklə, təhdid və zorakılıqlardan istifadə edərək bir nəfəri oğurlamaqda ittiham olunur.

Fuad Abbasov isə 2019-cu ilin iyun ayında Bakıda olarkən mübahisə zəminində tanışına ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Müttəhimlər cinayətləri törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçıblar və onlar beynəlxalq axtarışa verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm