Bakıda axtarışda olan qardaşlar tutuldu
Bizi izləyin

Kriminal

Bakıda axtarışda olan qardaşlar tutuldu

Bakıda iki qardaşda narkotik vasitə aşkarlanıb.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz narkotik) maddələri ilə məhkum olunmuş Murad Quliyevdən 0,565 qram heroin, onun qardaşı, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərlandan isə 0,710 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm