Bakıda 50 manata görə adam öldürdülər – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Bakıda 50 manata görə adam öldürdülər – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - (YENİLƏNDİ)

Ötən gün Bakı şəhər Suraxanı rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatları məlum olub.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 26 yaşlı Orxan İsayevin tanışı, 20 yaşlı İmran Cərullayev tərəfindən pula görə öldürüldüyü müəyyənləşib.

Belə ki, bir müddət əvvəl Orxan İmrana 50 manat borc pul verib. Lakin 20 yaşlı oğlan Orxandan aldığı pulu vaxtında qaytarmayıb və onlar arasında mübahisə yaranıb. Bundan sonra Orxan İsayev İmranın qardaşına müraciət edərək, kiçik qardaşının ona 50 manat verməli olduğunu deyib.

Məsələyə qardaşının qarışmasından sonra İmran Cərullayev özündən çıxıb və ailəsini bu işə qarışdırdığı üçün Orxanla görüşmək qərarına gəlib. Görüş zamanı tərəflər arasında yenidən münaqişə yaranıb və İmran 26 yaşlı Orxanı bıçaqlayaraq öldürüb.

Artıq hadisəni törədən şəxs tutulub və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Muxtar

*****

10:26

Sentyabrın 16-da Suraxanı rayonu ərazisində Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Publika.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm