Kriminal
Azərbaycanda saxta dollar əməliyyatı - HƏBSLƏR VAR
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və saxta pul əsginasları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Orxan İbrahimov və Sədi Məmmədov saxlanılıb. Onların hər ikisinin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onlara narkotik vasitəni satan şəxsin Astara şəhər sakini İmran Məmmədov olduğu müəyyən edilib və o, saxta 100 ABŞ dollarını satarkən saxlanılıb. İ.Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 810 qram narkotik vasitə qurudulmuş marixuana, 74 qram psixotrop maddə metamfetamin, 13 ədəd 100 ABŞ dolları, 2 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq saxta pul əsginasları və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?