82 nəfər saxlanıldı, 4 nəfər bu səbədən öldü - DİN AÇIQLADI
Bizi izləyin

Kriminal

82 nəfər saxlanıldı, 4 nəfər bu səbədən öldü - DİN AÇIQLADI

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, mart ayının 6-dan 8-dək törədilən 68 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm