• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Bakıda narkotik alverçisini oğurladılar, döyüb videoya çəkdilər – ŞOK FAKTLAR

  • Kriminal
  • 15 Sentyabr 2021 13:28
  • 2 655 Baxış
Bakıda narkotik alverçisini oğurladılar, döyüb videoya çəkdilər – ŞOK FAKTLAR

Bakıda adam oğurluğu və digər cinayətlərdə ittiham olunan mütəşəkkil dəstə üzvləri barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Fərid Əliyev, Asim Quliyev və Emin Əliyev barəsində və onların törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb. Belə ki, dəstə üzvləri Cinayət Məcəlləsinin oğurluq, adam oğurluğu və hədə-qorxu ilə tələb etmə maddələrinin müxtəlif bəndləri ilə təqsirləndiriliblər. Bəlli olub ki, qrup üzvləri bir-birlərini daha əvvəldən tanıyıb və birgə həbsdə olublar.

Onlar Nizami rayonu ərazisində yerləşən “Topaz” məntəqəsində olarkən narkotik vasitə istifadəçisi və alveri ilə məşğul olan 41 yaşlı Yasin Bəxtiyarovu oğurlamaq və bu yolla ondan külli miqdarda pul almaq qərarına gəliblər. Bu məqsədlə dəstə üzvləri plan qurublar. Onlar avtomobil icarəyə götürüblər və Yasini izləməyə başlayıblar.

Y.Bəxtiyarov oğurlanması və ondan pul tələb edilməsi olayını belə nəql edib: “Uzun illərdir narkotik vasitə istifadə edirəm. Narkotik vasitəni almaq üçün maddi imkanım olmadığı üçün adətən özüm kimi xəstə olan 3-4 nəfərdən pul alıb həmin pulun müqabilində narkotik vasitə əldə etdikdən sonra özüm pul əlavə etmədən həmin narkotik vasitədən bir pay öz istifadəm üçün götürüb qalan narkotik vasitəni həmin şəxslərə paylayırdım. Bu məqsədlə narkotik vasitə qəbul edən Emin adlı tanışımla qabaqcadan razılaşdıqdan sonra narkotik vasitəni ona vermək üçün 24 may 2019-cu il tarixdə saat 15 radələrində Nizami rayonu ərazisindəki gül dükanın yanına gəldim. Həmin vaxt tanımadığım 3 nəfər mənə yaxınlaşdı. Onlardan biri, yəni sonradan adını bildiyim Asim arxadan məni tutdu, digərləri isə zor tətbiq edib yaxınlıqda dayanan ağ rəngli “Kia” markalı avtomobilə mindirdi. Avtomobili Asim idarə edirdi. Sonradan adını bildiyim şəxslərdən biri arxa oturacaqda cibindən bıçaq çıxarıb mənə səs-küy salmamağı, əks halda deşik-deşik edəcəyini, narkotik vasitə satdığı üçün polisə təhvil verəcəklərini bildirdi. Yol boyu avtomobildə məni təhqir edib, əlləri ilə başımdan vurduqları üçün dəqiq hansı yolla getməyimizi xatırlamıram. Yolda mənim üzərimdə olan 4 büküm narkotik vasitəni götürüb gedəcəkləri yerdə onları gözləyən başqa narkomana verəcəklərini bildirdlər. Binəqədi rayonu, R.Rəsulzadə qəsəbəsinə az qalmış, xatırlamadığım məhəlləyə girib avtomobili dayandırdılar. Məni avtomobildən düşürdükdən sonra bir fərdi yaşayış evinə apardılar. Evin qarşısında bizi əvvəllər tanımadığım, arıq bədən quruluşlu, qolunda döymə olan, zahiri görkəmindən norkotik vasitə qəbul edən şəxsə oxşayan başqa bir şəxs qarşıladı. Evə daxil olan kimi Asim məni təhqir etdi, başıma oyun gətirəcəyini deyib vurmağa başladı, sonra isə mənzildə divanın üzərində olan xəncərin dəstəyi ilə başıma vurdu. Fərid isə təpiklə məni vuraraq səs-küy salmamağı tələb edirdi. Vəziyyəti belə görüb həmin şəxslərdən məni azad etmələri müqabilində nə istədiklərini soruşdum. Onlar məni 10 min manat pulun müqabilində azad edəcəklərini, əks halda uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini dedilər. Məcbur olub anam S.Bəxtiyarovaya zəng etdim, tanımadığı şəxslər tərəfindən saxlanıldığımı, azadlığa buraxılmam müqabilində pul istədiklərini bildirdim. Anam 5 min manat düzəldə biləcəyini desə də, həmin şəxslər razılaşmadı. Nəhayət pulun bir hissəsi olan 8.000 AZN pulu həmin gün, qalanı isə səhəri gün çatdırılması barədə razılaşdılar. Sonra məndən ağrılarının olması barədə soruşdular və üzərimdən götürdükləri narkotik vasitədən bir büküm verib qəbul etməyi təklif etdilər. Eyni zamanda narkotik vasitə qəbul etməyimi telefonla çəkiliş edib razılaşdıqları məbləği çatdırmayacağı halda yenidən məni saxlayacaqlarını, əllərində olan həmin video götüntüdən istifadə edəcəklərini bildirdilər. Bundan sonra məni əvvəlki qaydada avtomobilə mindirib, razılaşma üzrə Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən “Araz” marketin qarşısına gətirdilər. Marketin qarşısında avtomobili dayandırdıqdan sonra Fərid anamdan 8 min manat aldıqdan sonra məni azad etdilər. Növbəti gün həmin şəxslər taksafondan anamın mobil telefonuna zəng edib qalan 2 min manat pulu tələb edəndən sonra anam hadisə barədə polisə məlumat verdi. Təqsirləndirilən şəxslərin hamısı ilə barışmışam, onlara qarşı şikayət və tələbim yoxdur”.

Təqsirləndirilən şəxslər ifadələrində Y.Bəxtiyarovu yeniyetmələrə narkotik satdığı üçün cəzalandırmaq fikrində olduqlarını bildiriblər. İstintaq zamanı qrup üzvlərindən Emin Əliyevin bir neçə evdən dəyəri külli miqdarda olan oğurluq etməsi də üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qrup üzvlərindən Asim Quliyev 9, Fərid Əliyev 9 il 6 ay, Emin Əliyev isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR