Tovuzda ər arvadının başını kəsdi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Tovuzda ər arvadının başını kəsdi - FOTO/YENİLƏNDİ

Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, bunu DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov, maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib

xxx

Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, Öysüzlü kənd sakini 37 yaşlı Ramilə Rüstəmova həyat yoldaşı tərəfindən başı kəsilərək qətlə yetirilib.

Qətlin baş verdiyi əraziyə Tovuz rayon prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm