Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
Bizi izləyin

Kriminal

Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, “3-cü Mədən” adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib.

Publika.az xəbər verir ki, hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Mərhumun qonşusunun sözlərinə görə, daha əvvəl cütlük arasında heç bir söz-söhbətin şahidi olmayıblar:

“Hadisə baş verəndə evdə idim. Gördüm ki, polis gəlib. Dedilər ki, qonşu yoldaşını öldürüb.
Sakit ailə idi, heç kəslə işləri yox idi. Əri işə gedib-gəlirdi, qız da bayıra çıxmırdı. Neçə ildir burada qonşuyuq, onları belə tanımışıq”.

Daha ətraflı süjetdə:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm