Kriminal
"Məhkəmənin bu qərarı qanunsuzdur" - Nərminin qətli ilə bağlı YENİ QALMAQAL
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə davam edir.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun icraatında baxılır.
Məhkəmədə məlum olub ki, azyaşlını oğurlayıb öldürməkdə təqsirli bilinən İlkin Süleymanovun cəzasının ağırlaşdırılması tələb olunur. 18 il azadlıqdan məhrum edilən İlkin Süleymaovun cəzasının ağırlaşdırılmasını Nərminin atası Şərif Quliyev tələb edir. Şərif Quliyev ona ömürlük cəza verilməsini istəyir.
İlkin Süleymanovun yaxınları isə bildirir ki, Şərif Quliyev bu tələblə şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddəti heç bir üzrlü səbəb olmadan ötürüb.
Buna görə də onun İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasından ötrü verdiyi apellyasiya şikayətini məhkəmə icraata götürə bilməzdi.
Amma Gəncə Apellyasiya Məhkəməsində işə baxan hakimlər Şərif Quliyevin apellyasiya şikayətinin verilmə müddətinin ötürülməsi ilə bağlı verdiyi ərizəyə birinci instansiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul ediblər. Ərizə baxılması üçün apellyasiya instansiyasında iş dayandırılıb və ərizəyə baxılması üçün cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şərif Quliyevin ərizəsinə baxış iclası keçirilib.
Məhkəmədə Nərminin atası da, təqsirləndirilən İlkin Süleymanovun vəkili də iştirak edib.
Şərif Quliyev deyib ki, hüquqi savadı yoxdur, hökmü alandan sonra 20 gün ərzində apellyasiya şikayəti vermək lazım olduğunu bilməyib. Bu səbəbdən gecikmə olub. Amma digər tərəfdən də etiraf edib ki, vaxtında elektron qaydada apellyasiya şikayəti göndərmişdi.
İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov isə bildirib ki, məhkəmədə hökm oxunanda hakim 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini tərəflərə elan edib və bunu Şərif Quliyev eşidib.
Vəkilin sözlərinə görə, sonradan hökm yazılı şəkildə Quliyevlərə göndərilib və orada da mətnin sonunda bu qeyd var: “Ən əsası, bir tərəfdən deyir ki, savadsızam, bilməmişəm. O biri tərəfdən də deyir ki, vaxtında onlayn şəkildə apellyasiya şikayəti göndərmişəm”.
Vəkil deyib ki, Şərif Quliyev yalan danışır. Müdafiəçi vurğulayıb ki, məhkəmə bu cür qanun pozuntusuyla verilmiş şikayəti qəbul edə bilməz.
Lakin bu iş üzrə hökm çıxarmış hakim Dadaş İmanov Şərif Quliyevin şikayətinin qəbul edilməsinə qərar verib.
Vəkil Zabil Qəhrəmanov bu qərarın özündən də apellyasiya şikayəti verib. Müdafiəçinin sözlərinə görə, Şərif Quliyevin dediklərində çoxsaylı ziddiyyətlər var və məhkəmə bunların heç birini nəzərə almadan, araşdırma aparmadan şikayəti qəbul edib.
Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov düşünür ki, baş verənlərin arxasında konkret plan dayanır: “Bizə xəbərdarlıq olunmuşdu ki, geri çəkilməsəniz, şikayətləri davam etdirsəniz, daha da pis olacaq. Bir müddət əvvəl Şərif Quliyev kənddə yayıb ki, İlkinə ömürlük verdirəcəyik.
Gəncə Apellyasiya Məhkəməsində ilk iclas keçirilən gün dedi ki, “şikayət verirəm”. Ondan xeyli əvvəl internet kanallarının birində demişdi bunu. O zaman niyə verməmişdi, müddəti ötürmüşdü? Deməli, arxasında dayananlar nə vaxt göstəriş verib, onda da şikayət eləyib”.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İlkin Süleymanov günahsız olduğunu deyir və ittihamı qəbul etmir. Onun vəkilləri tərəfindən verilən aspellyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü