Kriminal
Sosial şəbəkələrdə “Maqa” haqda video paylaşan 20 yaşlı oğlan həbs edildi
“Youtube” platformasında cinayəti və cinayətkarlığı təbliğ edən videolar paylaşan gənc həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə videoların bir qisminin Goranboy şəhər sakini, 20 yaşlı Uğur Qurbanov (ad soyad şərtidir) tərəfindən yerləşdirilməsi müəyyənləşib. Polis əməkdaşları onun yaşadığı ünvana gedərək şöbəyə dəvət ediblər. Bu zaman sərt formada etiraz edən gənc xuliqanlıq hərəkətlərinə yol verib. Daha sonra saxlanılaraq şöbəyə aparılan Uğur barəsində İXM-nin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin və ya hərbçinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib edilib.
İfadə verən gənc bildirib ki, videolarını paylaşdığı şəxs onun qohumudur: “Maqa” ləqəbli qohumumun ad gününün keçirilməsi ilə bağlı sosial şəbəkədə cinayətkar aləmə dair videolar paylaşdım. Hadisə vaxt əsəbi olmuşam, əməlimdən peşmanam”.
Goranboy Rayon Məhkəməsinin çıxardığı qərarla U.Qurbanova 10 sutka həbs cəzası verilib.
Turqut Seyidov
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”