Kriminal
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
“Youtube” platformasında fəaliyyət göstərən “Kanal9” kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərov həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ə.Cəfərov İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib.
O, hədələdiyi şəxslər barəsində rüsvayedici görüntü və məlumatları yayacağını deyərək, pul tələb edib.
Ə.Cəfərov pulları həyat yoldaşı Nuranə Cəfərovanın kartı vasitəsi ilə qəbul edib.
Martın 12-də Ə.Cəfərov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxs 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.
Turqut Seyidov
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO
-
İdman10:38
Bellinqemin yeni uğuru: Özündən 4 yaş böyük modeli ovsunlayıb - FOTOLAR
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”