Qarabağ
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, Agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti stabildir.
Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















