Nazirdən Nusretin restoranı ilə bağlı PAYLAŞIM
Bizi izləyin

Kriminal

Nazirdən Nusretin restoranı ilə bağlı PAYLAŞIM

Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nusret Gökçenin İstanbuldakı restoranına hücum təşkil edən iki cinayətkar qrupa qarşı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz “X” hesabında paylaşım edib.

O bildirib ki, “Nusr-Et” adlı iş yerinə silahlı hücumla bağlı “Mahzen-22” əməliyyatı keçirilib. Əməliyyat zamanı silahlı hücumu həyata keçirən mütəşəkkil cinayətkar dəstənin beş üzvü şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, martın 22-də Nusret Gökçenin İstanbulun Beşiktaş səmtində yerləşən restoranına silahlı hücum olub. Motosikletlə gələn iki nəfər məkana doğru atəş açıb və hadisə yerindən qaçıb. Hücumda ölən və yaralanan olmayıb, lakin restorana zərər dəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm