Naxçıvanda 17 yaşlı qızın öldürülməsi ilə bağlı ŞOK FAKTLAR
Bizi izləyin

Kriminal

Naxçıvanda 17 yaşlı qızın öldürülməsi ilə bağlı ŞOK FAKTLAR

Ötən ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun kəndlərindən birində törədilmiş qətllə bağlı bəzi detallar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 17 yaşlı qızı bıçaqlayaraq qətlə yetirən 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun onunla qonşuluqda yaşaması məlum olub.

Araşdırmalar zamanı üzə çıxıb ki, Sərvin həmkəndlisi olan qızı xeyli müddət imiş şantaj edirmiş və ona qarşı seksual xarakterli zorakılıq əməlləri törədirmiş. Hətta onun qızın yaşadığı evə bir neçə dəfə icazəsiz gizli şəkildə daxil olması, qızla birgə olduğu vaxt çəkdiyi görüntüləri dostları arasında yayması da məlum olub. Hadisə günü isə Sərvin onun hərəkətlərindən bezən qızın onu təhqir etməsini bəhanə edərək bıçaqlayaraq öldürüb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Sərvin Məmmədov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə), 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə) və 157-ci (Mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin 15 may tarixli hökmü ilə o, 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm