Kriminal
Ata ilə oğul alman iş qadınının pulunu mənimsədi - 70 milyonluq dələduzluq - FOTO
Almaniyada yaşayan iş qadını Bettina Kristel türkiyəli ata və oğul tərəfindən dələduzluğa məruz qalıb.
Publika.az xəbər verir ki, iş qadını 2021-ci ildə Düsseldorf şəhərində Türkiyə vətəndaşları Ferdi Ş. və onun atası Orhan Ş. ilə tanış olub. Ferdi Ş. atası ilə birgə Almaniyada dəbdəbəli avtomobillər alıb Türkiyə və Dubayda satdıqlarını, eyni zamanda əhəmiyyətli daşınmaz əmlak investisiyaları etdiklərini bildirib. Zamanla alman qadının etibarını qazanan Ferdi onu investisiya qoyaraq 40 faiz qazanc əldə edəcəyinə inandırıb.
60 yaşlı Bettina 2022 və 2023-cü illərdə Ferdi və atasına 600 min avro nağd pul verib. Həmçinin 1 milyon 400 min avronu isə hissə-hissə onların bank hesabına göndərib. Beləliklə, ümumilikdə 2 milyon avro (təxminən 70 milyon lirə) "investisiya edən" qadın bir müddət keçdikdən sonra pulunu istəyib. Lakin bu müddətdə Türkiyəyə qayıdan şübhəlilər qadına pulunun etibarlı yerdə olduğunu bildiriblər.
Pulunu və tələb etdiyi sənədləri ala bilməyən Bettina Türkiyəyə gələrək araşdırma apardıqdan sonra Ferdi və Orhanın onu aldatdığını anlayıb. İş qadını İstanbul Cümhuriyyət Baş Prokurorluğuna gedərək şübhəlilər barəsində şikayət edib.
Bettina vəkili vasitəsi ilə təqdim etdiyi ərizədə həmin şəxslərin ona saxta bank qəbzləri və digər saxta sənədlər göstərdiyini bildirib. O, daha sonra ata və oğulun eyni vədlərlə başqa insanları da aldatdıqlarını öyrəndiyini qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
Ləman
-
Hadisə19:02
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
-
Nida Xəbər 18:07
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
-
İdman18:00
Ehtiram Quliyev Bakının bu kəndində 5 hektar torpaq aldı: Məqsədi nədir?
-
Yaxın Şərq17:31
Türkiyə Həsən Nəsrullahın öldürülməsinə belə REAKSİYA VERDİ
-
MDB17:10
Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
-
Hadisə16:30
Rus pilotların olduğu Mi-8 bu ölkədə qəzaya uğradı: 6 ölü, 8 yaralı
-
Magazin215:40
Ceyson Stethemin sevgilisi premyeraya “çılpaq” gəldi - FOTO
-
Rəsmi xronika14:35
İlham Əliyev sərəncam imzaladı