Kriminal
Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapıldılar - VİDEO
Sumqayıtda yeniyetmələrin qanla bitən mübahisəsinin təfərrüatı məlum olub.
Belə ki, hadisənin söyüş üstündə törədildiyi iddia olunur.
Qonşuların sözlərinə görə, hadisə baş verən zaman qışqırıq səsləri eşidilib:
"Öz evi deyildi, kirayədə yaşayırdı. Gəldiyimiz zaman yeniyetməni qan içində gördük".
Sumqayıt Tibb Mərkəzdən bildirilib ki, 15 və 17 yaşlı yeniyetmələr ötən gün gecə saatlarında Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər. 2009-cu il təvəllüdlü yeniyetməyə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası və sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilib. 2007-ci il təvəllüdlü yeniyetməyə isə bel-omba və üz nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozları təyin edilib. Hər iki yeniyetmə əməliyyat olunub, vəziyyətləri əməliyyata uyğun stabildir.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov münaqişə zəminində yaşıdı Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi