30 ildən artıq məhkumluq həyatı yaşayan şəxsdən tapança götürüldü
Bizi izləyin

Kriminal

30 ildən artıq məhkumluq həyatı yaşayan şəxsdən tapança götürüldü

Saatlı rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onun üstünə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm