Nida Təhlil
Dünya müharibəsi olacaq: tarix açıqlandı, başlayacağı yer də bəlli oldu
Dünyanın bir çox ölkəsi İsrail-Livan müharibəsinin Üçüncü Dünya savaşına səbəb olacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti İsrailin Livana qarşı quru əməliyyatına başlayacağı tarixi açıqlayıb.
İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan və hələ də davam edən müharibə Yaxın Şərqdə gərginliyi daha da artırıb. Türkiyə, ABŞ, Almaniya və Serbiya kimi ölkələrdən bölgədə daha əhatəli müharibə ilə bağlı xəbərdarlıqlar edilir. Bununla yanaşı, Almaniyanın “Bild” qəzetinin iddiası böyük səs-küyə səbəb olub.
Qəzet Yaxın Şərqdə böyük bir müharibə riskinin artması və İsrailin Livana hücumunun regional və qlobal müharibəyə səbəb olacağının açıqlayıb. Bununla yanaşı İsrail mənbələrindən aldığı məlumatla İsrailin müharibəni alovlandıracağını vurğulayıb.

“Bild” qəzetinə danışan İsrail diplomatik mənbələri İsrailin iyul ayında Livana qarşı quru əməliyyatına başlaya biləcəyini iddia edib. Qəzetə danışan diplomatlar bildiriblər ki, Livan Hizbullahı İsrailin şimalına qarşı hücumlarına son qoymasa, İsrail Müdafiə Qüvvələri (IDF) Livana qarşı əməliyyata başlayacaq və dəqiq bir tarix elan edəcək.
“Bild”in yaydığı məlumata görə, Qərb diplomatik dairələri İsrailin iyulun üçüncü və ya dördüncü həftəsində Livanın cənubuna qarşı quru əməliyyatına başlayacağını bildiriblər. İsrailin sərhəddəki qüvvələri günü-gündən güclənir.

Böyük müharibə ilə bağlı ilk çıxışı iyunun 12-də Serbiya prezidenti Aleksandar Vuçiç edib. Serbiya lideri Rusiya-Ukrayna müharibəsindən sonra artan gərginliyi və dünyaya geosiyasi təsirləri dəyərləndirib. Dünyanın çox qısa müddətdə ciddi müharibəyə sürüklənə biləcəyini bildirib.

Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlamalardan biri də Türkiyədən gəlib. Xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna savaşındakı inkişaflara, İsrailin Qəzzada törətdiyi qırğınlara, Avropada yüksələn ifrat sağçılara və Yaxın Şərqdəki gərginliyə diqqət çəkərək, dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib.
Hakan Fidanın sözlərindən sonra Almaniya rəsmilərindən də oxşar açıqlama gəlib. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Yaxın Şərqdə müharibə riski gündən-günə artır.

Serbiya, Türkiyə və Almaniyanın müharibə xəbərdarlığından sonra ABŞ da susmayıb. Ölkənin müdafiə naziri Lloyd Ostin Hizbullah və İsrail arasında müharibənin regional müharibəyə çevrilməsi riski ilə bağlı xəbərdarlıq edib.
Aysel Şahmar
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













