Gəmilər Türkiyə sərhədlərinə girmək üzrədir: 24 saat ərzində... - Xəbərdarlıq edildi
Bizi izləyin

Dünya

Gəmilər Türkiyə sərhədlərinə girmək üzrədir: 24 saat ərzində... - Xəbərdarlıq edildi

“Önümüzdəki 24 saat ərzində Şərqi Aralıq dənizində qəribə bir qarşılaşma olacaq”.

Publika.az xəbər verir ki, bunu türkiyəli jurnalist Tevfik Kadan deyib. O, Şərqi Aralıq dənizində baş verən hadisələrlə bağlı xəbərdarlıq edib.

Jurnalist bildirib ki, Cənubi Kiprdən Yunanıstana uzanan sualtı rabitə kabelini çəkən “C/S Teliri” adlı İtaliya bayraqlı gəmi hazırda Meis adasının qərbinə doğru hərəkət edir.

“Gəmi yaxında Türkiyə ilə Liviya arasında imzalanan EEZ sərhədlərinə daxil olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri yəqin ki, gəmini izləməyə davam edəcək. Lakin Yunanıstan tərəfi Misirlə qeyri-qanuni imzaladıqları EEZ müqaviləsinə istinad edərək, bu bölgənin onlara məxsus olduğunu iddia edir. Üstəlik, Yunanıstan həmin ərazidə “C/S Teliri” ilə görüşmək üçün bölgəyə raket yüklü gəmi “HS Grigoropoulos” göndərdilər.

Biz indi Türkiyə-Liviya razılaşmasının yaratdığı dəniz zonasında fəaliyyət göstərməliyik. Biz TPAO-ya lazımi lisenziyaları verməliyik və qazma/seysmik gəmilərimizi tez bir zamanda bölgəyə göndərməliyik. Biz bu bölgədə hərbi təlimlər planlaşdırmalıyıq. Çünki buranı əlimizdən almağa çalışanlar çoxdur”, - Tevfik Kadan əlavə edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm