Kriminal
"Əri deyirdi gəl evində qal" - Xırdalandakı hadisənin detalları
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Publika.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivində qeydə alınıb. Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub.
Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında yaxalayıb, daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığı üçün əri bunu qəbul etməyib:
"Onlar əvvəllər çox mehriban idilər. Aralarındakı söz-söhbətlər son 2 ayın içində baş verdi. Qadın qonşuda qalırdı, əri öz evlərinə gəlməyini istəyirdi, yoldaşı içib onu narahat etdiyinə görə getmirdi. Əri də bunu qəbul etmədi".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
-
Avropa08:12
Gün ərzində nə qədər şokolad yemək olar?
-
İdman06:46
Neymar üçüncü dəfə ATA OLDU - Körpənin model anasından cazibədar FOTOLAR
-
ABŞ05:15
ABŞ PUA-ya "SUSADI": Avropadan idxal maksimum həddə çatdırıldı
-
Art04:44
"Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə..." - VİDEO
-
Dünya04:14
6,2 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman01:21
Türkiyə millisi AVRO-2024-də görün nə qədər QAZANDI
-
Maraq dünyası00:30
Anasından gizlin nişanlanan, bütün dünyanı valeh edən kor qız - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: biri sizə xoşagəlməz sürpriz edəcək