Kriminal
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Rəvan qısqanclıq zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Ramiləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 13 fevral 2024-cü ildə baş verib.
Rəvan həmin gün saat 17 radələrində 1986-cı il təvəllüdlü keçmiş arvadı Ramilənin övladlarını aparmaq üçün yaşadığı evdən çıxaraq onların ünvanına gəldiyini bildikdə onu küçədə gözləyib.
Rəvan Ramilənin bir gün əvvəl aralarında yaranmış mübahisədə onunla kobud rəftar edərək təhqir eləməsini, Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq onun iradəsinə uyğun davranmamasını bəhanə edib. Keçmiş həyat yoldaşına yaxınlaşaraq bıçaqla ona zərbələr vurub. Ümumilikdə 35 bıçaq xəsarətləri alan qadın hadisə yerindən vəfat edib.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlı törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2009-cu ildə Ramilə ilə evlənib, onların iki övladı var, biri azyaşlıdır: “İki il əvvəl boşanmışıq. Uşaqlardan biri mənimlə yaşayır, digəri isə məktəblər tətil olduqda evimizə gəlirdi. Ramilənin mənə xəyanət etdiyini bilərək qısqandım və onu öldürməyi qərara aldım. Hadisəyə kimi uşaqları götürməyə gələndə Ramilə ilə aramızda hər hansısa sözsöhbət olmayıb”.
Təqsirlədirilən şəxs qeyd edib ki, hadisə Nərimanov rayonu, “Çermet” adlanan ərazisində baş verib: “Hadisə zamanı səs-küy olduğundan ətrafa insanlar toplaşmışdı. Lakin artıq Ramiləni bıçaqla vurmuşdum. Onu öz evimin qapısının önündə qətlə yetirdim.
Keçmiş həyat yoldaşım onu öldürmək niyyətində olduğumu bilirdi. Vaxtı ilə Ramiləyə belə hərəkətlərə yol verdiyini nöqsan kimi özünə bildirmişdim. Amma mənə “öz həyatımdır, özüm bilərəm” deyə cavab vermişdi. Əməlimdən peşman deyiləm”.
Təqsirləndirilən şəxs deyib ki, 2 övladı var, onlardan birinin 14, digərinin isə 7 yaşı var: “Uşaqlarım hazırda anamın himayəsi altındadır. Anamın 64 yaşı var. Ramilədən boşanarkən ona hərəkət edərkən məndən icazə alması barədə heç bir şərt qoymamışdım. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olmuşam”.
İş üzrə zərərçəkmiş Ramilənin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum Ramilə onun doğma qızıdır: “Qızım 2009-cu ildə Rəvanla ailə həyatı qurdu. Boşandıqları ilyarım olar. Əvvəllər qızım uşaqları götürməyə gedərkən Rəvanın anası problem yaradırdı, uşaqları götürməyə icazə vermirdilər. Həmçinin il yarımdan çox boşanmış olmalarına baxmayaraq Rəvan övladları üçün hansısa maddi dəstək göstərmirdi. Nəvələrimi biz böyütmüşük. Uşaqlardan qız bizimlə, oğlan isə atası Rəvanın evində yaşayırdı”.
Hüquqi varis qeyd edib ki, fevralın 13-də işdə olarkən qızı Ramiləyə zəng edib və harda olduğunu soruşub:
“Ramilə mənə metroda olduğunu bildirdi. Sonra o, uşaqları götürmək üçün keçmiş həyat yoldaşının evinə getdi. Lakin Rəvan uşaqları ona verməkdən imtina etdi. Mən gecə saat 22:00-da işdən qayıtdıqda Ramilənin əşyalarının evdə olduğunu gördüm. Özü isə evdə yox idi. Gödəkcəsi stolun üstündə, telefonu enerji yığmaq üçün elektrikə qoşulu idi. Pasport və çantası da masa üzərində idi.
Düşündüm ki, Ramilə yəqin marketə gedib. Lakin saatlar keçməyinə baxmayaraq evə gəlmədi. Gecə saat 00:00-00:30-a kimi Rəvanın atası Eldara zəng etdim, oğlunun harada olduğunu soruşdum. O da Rəvana zəng çatmadığını dedi. Sonradan Eldarın Ramiləni öldürdüyünü bildirdi.
Rəvan yalan ifadə verir. Qızım Ramilə ona xəyanət etməyib. Mən Rəvanla barışmamışam, ondan şikayətçiyəm. Onun ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini istəyirəm”.
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının sözlərinə görə, oğlu Rəvan 2009-cu ildə Ramilə ilə ailə həyatı qurub və bu nikahdan onların iki övladı doğulub:
“Mənim həyat yoldaşım əlildir. Biz nəvəmə kredit götürərək telefon almışdıq. Telefon üstündə Rəvanla gəlinimiz arasında münasibət pisləşdi. Ramilə telefonu Rəvana vermirdi.
Gəlinimi anasıgilə qonaq yola saldıq. O gedərkən küsülü ayrılmadı. Ana nənəsi 14 yaşında olan oğlan nəvəmi yola vermirdi. Həmin nəvəm 10-15 gün orda qaldıqdan sonra hasardan aşaraq bizə gəldi. Mənə dedi ki, anası telefonda votsapda başqaları ilə danışır. Bu hadisələr Rəvan və Ramilə boşanmazdan əvvəl olub, sonu da ölümlə nəticələndi.
Rəvanla Ramilə 1 ildən çox idi ki, boşanmışdılar. Oğlumun keçmiş həyat yoldaşını öldürməsinə haqq qazandırmıram. Hadisə günü mən evdə ət çəkirdim. Evlə hadisə baş verən yer arasında 20 metr məsafə var. Mən hadisəni eşitməmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəvan 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
-
Rəsmi xronika15:35
Azərbaycanda bu qanun dəyişdi - Prezident təsdiqlədi
-
ABŞ15:12
Baydenə ÇAĞIRIŞ: Tarixdə qalmaq istəyirsənsə, onu əfv et
-
İdman13:51
İlk silahımız bu olmalıdır - Qurban Qurbanov "Lion"a hansı sürprizi hazırlayıb?
-
Region12:50
Məşhur futbolçu Gürcüstan prezidenti ola bilər - FOTO
-
Hadisə12:13
Zümrüd Yağmur axtarışa verildi
-
İdman11:52
Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir? - FOTOLAR
-
Maraq dünyası11:40
Bu iki bürcdən olan insanlar qeyri-adi qüvvəyə malikdir
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı