Kriminal
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı
Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb.
Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb.
Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.

Bu əməlinə görə müəllim Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib. Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.
İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. Bu səbəbdən İnstitut mülki iddianı geri götürüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.
-
Hadisə22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı













.jpg)
























