Kriminal
Çempionlar Liqasının qalibi vəfat etdi
“Styaua Buxarest” klubunun əfsanəvi qapıçısı Helmut Dukadam vəfat edib.
Publika.az xəbər verir ki, o, bu gün 65 yaşında həyatla vidalaşıb.
O, karyerasına Arad şəhərindən “Konstruktoru” futbol məktəbində başlayıb. Oradan o, ikinci divizion komandası UTA-ya keçib. Burada iki gözəl mövsüm keçirib və bundan sonra paytaxt “Styaua’nın diqqətini çəkib.
1985/86 mövsümü “Styaua” üçün tarixi əhəmiyyət kəsb edib. Rumıniya komandası Çempionlar Liqasının qalibi olub. Dukadam isə finalda “Barselona”nın futbolçularının 4 penalti zərbəsini dəf edərək tarixə düşüb.
Həmin mövsümdən sonra nadir qan xəstəliyi səbəbiylə “Styaua’nı tərk etmək məcburiyyətində qalıb. Üç il sonra sağalan Dukadam futbola qayıdıb və ölkənin ikinci divizionunda çıxış edən doğma şəhəri Aradın komandasında çıxış edib.
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO



























_(1).jpg)









